Azedu.az

"Yüksəliş" qalibi Yel Universitetinə qəbul oldu: Dövlət Proqramına müsahibəsiz seçildi

Xaricdə təhsil

4 Avqust 2026, 11:03
"Yüksəliş" qalibi Yel Universitetinə qəbul oldu: Dövlət Proqramına müsahibəsiz seçildi

“Bu proqramda iştirakım və qalib gəlməyim əslində daha sürətli və asan oldu”.

AzEdu.az xəbər verir ki, bu sözləri “Yüksəliş” qalibi, Dövlət Proqramı ilə Yel Universitetinin Menecment Məktəbinə qəbul olan Nüsrəddin Seyidov söyləyib. 

“Bu il Yel Universitetinin Menecment Məktəbinə (Yale School of Management) MBA ixtisası üzrə qəbul olmuşam. Təhsilim "Xaricdə təhsil üzrə Dövlət Proqramı" vasitəsilə maliyyələşdiriləcək.

Bu proqramda iştirakım və qalib gəlməyim əslində daha sürətli və asan oldu, çünki mən "Yüksəliş" müsabiqəsinin qalibiyəm. Müsabiqə qalibləri müsahibə mərhələsindən azad olunurlar. Bu o deməkdir ki, mən universitetə daxil olduqdan sonra sənədlərimi Dövlət Proqramına göndərdim və qaliblər siyahısında öz adımı gördüm.

Bu proqramı təşkil etdiyinə görə ölkə rəhbərliyinə, Elm və Təhsil Nazirliyinə, bütün proses boyunca yanımda olan və dəstək göstərən "Yüksəliş" müsabiqəsinin rəhbərliyinə, həmçinin doğmalarıma və sevdiklərimə təşəkkür edirəm.

Təhsilimi tamamladıqdan sonra ölkəmizdə süni intellekt və rəqəmsallaşma sahəsində fəaliyyət göstərməyi planlaşdırıram”.

Azərbaycanda vəzifəli şəxslər həbs edildi
Son xəbərlərDaha çox