Azedu.az

Rus bölməsində ən yüksək nəticə göstərən məktəblər - SİYAHI

Orta təhsil

3 Avqust 2026, 15:20
Rus bölməsində ən yüksək nəticə göstərən məktəblər - SİYAHI

11-ci sinif şagirdlərinin buraxılış imtahanında rus bölməsi üzrə ən yüksək nəticə göstərən məktəbləri açıqlanıb.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.

Orta bal göstəricisinə əsasən, ilk yeri Akademik Zərifə Əliyeva adına lisey tutub. Təhsil müəssisəsində imtahanda iştirak edən 120 şagirdin orta bal göstəricisi 80,29 faiz olub.

İkinci yerdə Bakı şəhəri 147 nömrəli texniki-humanitar təmayüllü liseyi qərarlaşıb. Lisey üzrə 19 şagirdin orta balı 80,23 faiz təşkil edib.

Üçüncü sırada isə BDU-nun nəzdində “Gənc istedadlar” liseyi yer alıb. Burada imtahanda iştirak edən 29 şagirdin orta bal göstəricisi 79,73 faiz olub.

Bakı Avropa liseyində buraxılış imtahanında iştirak edən 48 şagirdin orta bal göstəricisi 77,34 faiz olub.

Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən “Dünya” məktəbində 14 şagirdin orta balı 68,58 faiz təşkil edib.

Bakı şəhəri 171 nömrəli tam orta məktəbdə 46 şagirdin orta bal göstəricisi 67,59 faiz olub.

Bakı şəhəri 83 saylı məktəb-liseydə 43 şagirdin orta balı 67,15 faiz təşkil edib.

Bakı şəhəri 27 nömrəli tam orta məktəbdə 104 şagirdin orta bal göstəricisi 66,82 faiz olub.

XXI əsr - Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində 10 şagirdin orta balı 66,50 faiz təşkil edib.

Bakı şəhəri 264 saylı məktəb-liseydə 79 şagirdin orta bal göstəricisi 66,23 faiz olub.

Mingəçevir şəhəri 3 nömrəli şəhər tam orta məktəbində 34 şagirdin orta balı 65,71 faiz təşkil edib.

Bakı şəhəri 245 nömrəli tam orta məktəbdə 74 şagirdin orta bal göstəricisi 65,62 faiz olub.

Bakı şəhəri 283 nömrəli tam orta məktəbdə 34 şagirdin orta balı 65,54 faiz təşkil edib.

Bakı şəhəri 86 nömrəli tam orta məktəbdə 79 şagirdin orta bal göstəricisi 64,59 faiz olub.

Bakı şəhəri 160 nömrəli klassik gimnaziyada 99 şagirdin orta balı 64,55 faiz təşkil edib.

Bakı şəhəri 17 nömrəli tam orta məktəbdə 98 şagirdin orta bal göstəricisi 64,53 faiz olub.

Bakı şəhəri 228 nömrəli tam orta məktəbdə 27 şagirdin orta balı 64,35 faiz təşkil edib.

Bakı şəhəri 59 nömrəli tam orta məktəbdə 18 şagirdin orta bal göstəricisi 63,66 faiz olub.

“İdrak” liseyinin Bakı filialında 12 şagirdin orta balı 63,13 faiz təşkil edib.

Bakı şəhəri 275 nömrəli tam orta məktəbdə 40 şagirdin orta bal göstəricisi 63,10 faiz olub.

İranda ŞOK GÖRÜNTÜLƏR - Ermənistan bayraqları qaldırıldı
Son xəbərlərDaha çox