Azedu.az

Bağçalara qeydiyyat DAYANDIRILIR

AzEdu Təhsil Platforması

3 Avqust 2026, 12:49
Bağçalara qeydiyyat DAYANDIRILIR

Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

AzEdu.az-a bu barədə MÜTDA-dan məlumat verilib. 

Qeyd olunub ki, 5 avqust 2026-cı il tarixindən etibarən 2026-2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi məqsədilə yeni növbələrin yaradılması prosesi müvəqqəti olaraq dayandırılır.

Qrupların komplektləşdirilməsi başa çatdıqdan sonra boş qalan yerlər üzrə qəbul il ərzində davam etdiriləcək.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi “mygov” portalı vasitəsilə elektron qaydada həyata keçirilir.

İranda ŞOK GÖRÜNTÜLƏR - Ermənistan bayraqları qaldırıldı
Son xəbərlərDaha çox