Süni intellekt şirkətlərinin model təlimi məqsədilə milyonlarla çap kitabını satın alaraq rəqəmsallaşdırdıqdan sonra fiziki nüsxələrini məhv etdiyi məlum olub.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, ABŞ-nin süni intellekt şirkəti Anthropic kitabları qanuni şəkildə satın alıb, onların cildlərini sökdürərək səhifələri skan edib və rəqəmsal formata çevirib.
Bildirilir ki, rəqəmsallaşdırma prosesi başa çatdıqdan sonra cildsiz və istifadəyə yararsız vəziyyətə düşən kağız hissələri təkrar emala göndərilib.
Məlumata əsasən, şirkət bu üsulla milyonlarla kitabın məzmunundan süni intellekt modelinin təlimi üçün istifadə edib.
Qeyd edək ki, məsələ ABŞ-də müəllif hüquqları ilə bağlı məhkəmə çəkişmələri zamanı üzə çıxıb və kitabların bu şəkildə rəqəmsallaşdırılması müəllif hüquqları, eləcə də mədəni irsin qorunması ilə bağlı geniş müzakirələrə səbəb olub.