Azedu.az

Ələtdə 15 yaşlı oğlan dənizdə batıb

AzEdu Təhsil Platforması

3 Avqust 2026, 20:42
Ələtdə 15 yaşlı oğlan dənizdə batıb

Ələt qəsəbəsində dənizdə 1 nəfər batıb.

AzEdu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 2011-ci il təvəllüdlü Əlihəsənov Həsən Asif oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Azərbaycanda vəzifəli şəxslər həbs edildi
Son xəbərlərDaha çox