Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-17 10:53:00
Azərbaycanda dəhşətli qəzada tələbə həyatını itirdi

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) IV kurs tələbəsi qəzada həyatını itirib.

AzEdu.az xəbər verir ki, bu barədə ADAU-nin rektoru İbrahim Cəfərov özünün “Facebook” səhifəsində məlumat yayıb.

Rektor baş verən hadisəylə bağlı təəssüf hissini bildirərək tələbənin  yaxınlarına baş salğığı verib:

“Dünən axşam saatlarında Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes və idarəetmə fakültəsinin Biznesin idarə edilməsi  ixtisası üzrə IV kurs tələbəsi, Şəmkir rayonu Çaparlı kənd sakini Hüseynov Kazım Vəfadar oğlu avtoqəzada həlak olub”.

Rektor tələbənin yaxınlarına başsağlığı verib:

“Bu, hər birimiz üçün ağır faciədir. Kazımın valideynlərinə, yaxınlarına, tələbə yoldaşlarına, müəllimlərinə və onu tanıyan hər birimizə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət etsin, məzarı nurla dolsun”.

Rəna Nəbi