Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-16 10:38:54
TQDK-nın əmri ilə ali təhsil müəssisələrinə qəbul olmuş şəxslərin nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğuna qəbul üzrə bu ilin iyunun 30-da keçirilən imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən və TQDK-nın əmri ilə ali təhsil müəssisələrinə qəbul olmuş şəxslərin nəticələri haqqında növbəti statistik məlumatları açıqlayıb.

Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1766 namizəddən 1611 nəfər keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (DİM-in) keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul olub. Bu şəxslərdən 432 nəfər imtahandan uğurla keçib (26.8%).

Aşağıdakı cədvəldə bu şəxslərin TQDK-nın (DİM-in) keçirdiyi qəbul imtahanlarında topladıqları bal intervalları, bal intervallarına görə dövlət qulluğuna qəbul üzrə test imtahanından qeydiyyatdan keçənlərin və imtahanlarda uğur qazananların sayı, faiz göstəriciləri verilib. 201-300, 301-400, 401-500, 501‑600, 601-700 intervalında bal toplayanların müvafiq olaraq 16.8%-i, 24.2%-i, 32.7%-i, 44.7%-i, 60.0%-i test imtahanından uğurla keçib. Verilənlərə əsasən, əvvəlki imtahanlarda olduğu kimi bu imtahanda da uğur qazananların faiz göstəricilərinin bal intervallarına mütənasib olaraq artımı müşahidə olunur.

Bal intervalı Qeydiyyatdan keçib Test imtahanından uğurla keçib Faizlə (%)
0-100 13 0 0.0
101-200 116 14 12.1
201-300 411 69 16.8
301-400 459 111 24.2
401-500 373 122 32.7
501-600 179 80 44.7
601-700 60 36 60.0
Yekun: 1611 432 26.8

Qeyd etmək lazımdır ki, müxtəlif illərdə ali təhsil müəssisələrinə qəbul zamanı müsabiqə şərtləri fərqli olub. Daha aşağı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan şəxslər əsasən qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak edənlərdir.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1766 namizəddən 155 nəfər ali təhsil müəssisələrinə TQDK-nın (DİM-in) əmri ilə qəbul olmayıb. Onlardan yalnız 8 nəfər (5.2%) imtahanda uğur qazanıb. Müvəffəqiyyət əldə edənlərdən 5 nəfər xaricdə yerləşən təhsil müəssisələrini, 3 nəfər isə ölkənin ali təhsil müəssisələrini bitirib.