Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-13 11:47:00
Direktor olmaq istəyənlər neçə vakant yer seçə bilərlər? - Cavab

Bu gün dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə başlanılacaq. Bu proses iyulun 19-dək davam edəcək. 

Müsabiqəyə 500-ə yaxın vakant yer çıxarılıb. Namizədlərin ən çox bilmək istədikləri məqam isə neçə vakany yer seçə bilmələri ilə bağlıdır.

Sual:

Namizədlər elektron ərizələrində neçə vakant yer seçə bilərlər?

AzEdu.az Təhsil Nazirliyinə istinadən məlumat verir ki, namizədlərə hazırda işlədiyi ümumi təhsil müəssisəsinin yerləşdiyi rayon (şəhər) üzrə 4 vakant yer seçmək imkanı verilir.

Qeyd eədk ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

Dövlәt ümumi tәhsil müәssisәlәrinә direktor vәzifәsinә keçid balı namizәdlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir.

Müsabiqənin test imtahanı mərhələsində namizədlərə əmək və təhsil qanunvericiliyi, idarəetmə, məntiq əhatə olunmaqla 60 test tapşırığı təqdim olunur.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları