Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-26 11:39:00
Azərbaycanlıların ən çox oxuduğu xarici ölkələrin diplomlarının leqallaşdırılması - Rəsmi sənəd nümunələri

Xarici ali təhsil ixtisaslarının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət edilməlidir. 

Apostilsiz təqdim olunmuş sənədlərə baxılmasının mümkün olmadığını nəzərə alaraq, bu tip sənədlərin elektron ərizə vasitəsilə göndərilməsi sizin müraciətinizə baxılmasında ciddi gecikmələrə səbəb ola bilər.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və Təhsil Nazirliyi tərəfindən icra olunan hökumətlərarası müqavilələr çərçivəsində məzun olan müraciətçilər üçün sədaləşdirilmiş nostrifikasiya proseduru nəzərdə tutulduğundan, həmin müraciətçilərin təqdim etdiyi təhsil sənədlərinin leqallaşdırılması tələb olunmur.

AzEdu.az “Haaqa Kovensiyası”na qoşulan bəzi ölkələrin leqallaşdırmaya dair rəsmi nümunələrini təqdim edir:

ABŞ
Almaniya
İtaliya
Türkiyə

“Haaqa Kovensiyası”na qoşulmayan xarici ölkələrdə alınan ali təhsil haqqında sənəd [diplom] və ona əlavə [transkript], sənədi verən ölkənin səlahiyyətli qurumunda müvafiq qanunlara uyğun olaraq təsdiq edildikdən sonra Azərbaycan Respublikasının sənədi verən ölkədəki səfirliyində (və ya konsulluğunda) leqallaşdırılmalıdır.

Qeyd edək ki, xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə müraciətlərə baxılması prosesi iyulun 1-dən avqustun 31-dək müvəqqəti olaraq dayandırılacaq.

Buna səbəb 2018-2019-cu tədris ilinin başa çatması ilə əlaqədar yay aylarında xarici ali təhsil müəssisələrinin və aidiyyəti qurumların əksəriyyətinin fəaliyyət göstərməməsi, eyni zamanda müvafiq proqram təminatında həyata keçirilən təkmilləşdirmə işləri ilə bağlıdır.