Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-12 17:00:00
Azərbaycanda baş elmi işçi adı dosent adına bərabər tutulacaq

Azərbaycanda baş elmi işçi adı dosent elmi adına bərabər tutulacaq.

AzEdu.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”-də bildirilib.

Sənəddə qeyd edilib ki, elmi adları mülkiyyət formasından asılı olmayaraq elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarının vəsatətləri əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının təsdiq etdiyi “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji işçilərə elmi dərəcələr verilməsinə dair ixtisasların nomenklaturu”na daxil olan ixtisaslardan biri üzrə Komissiya verir.

 
Fərmanın 1.7-ci bəndində isə qeyd edilib ki, əvvəllər verilmiş baş elmi işçi elmi adı dosent elmi adına bərabər tutulur.