XƏBƏRLƏR

20.04.2019 15:05
Yasin Sabancı Universitetinin tam bursunu qazanmayıb, sadəcə... –Özündən ən dəqiq cavab-FOTO

 

"Yasinə Sabancı Universiteti tərəfindən 75% endirim və yataqxana pulsuz verilib".

 Bu sözləri AzEdu.az-a açıqlamasında Türkiyədə təhsil üzrə mütəxəssis Fərid Kərimov deyib.

 Onun sözlərinə görə, müxtəlif saytlar bu endirimi 4 il ərzində olanı hesablayaraq 56.000 USD kimi təqdim ediblər. "Sabancı Universitetində tələbələr 25%, 50%, 75%,100% kimi burs qazana bilərlər.

Onu da qeyd edim ki, yüksək SAT balı, olimpiada qaliblərinə və digər üstünlüyü olan tələbələrə burs verilir.

Əlavə olaraq TQDK nəticəsi yüksək olan tələbələr üçün də endirimləri mövcuddur. Fikrimcə, Yasin doğru seçim edib və orda böyük uğurlara imza ata bilər".

 Fərid Kərimov bildirib ki, Sabancı Universitetindən 100% burs alan tələbələr təhsil haqqı ödəmir, sadəcə yaşam xərclərini təmin edir:

 "Yasinin Sabancı Universitetindən 100% burs qazanıb-qazanmadığını dəqiq bilmirəm. Amma Yasinin paylaşılan qəbul məktubunda da yazılıb ki, 75% burs və yataqxana pulsuz verilir".

Yasinin özü də  AzEdu.az portalına açıqlamasında bu faktı təsdiqləyib. Onun sözlərinə görə, Sabancı Universiteti əcnəbi tələbələr üçün maksimum 75 % burs verə bilir:

“Türkiyə təhsil ilə maraqlandım. Sabancı Universitetində müsahibə verdim. Verdiyim cavablara əsasən mənə 75 % burs verdilər.100 % də verə bilərdilər. Amma onların bir biznes planı var və həmin universitetin Azərbaycanlı tələbələr üçün ayırdığı yerdə tam burs nəzərdə tutulmamışdı. Mənə burs verdilər və yataqxana xərclərindən azad etdilər. Məndə bunu qəbul etdim Qəbul olunmağımın  cavabı iki gündür çıxıb.

Sabancıda dördillik təhsil haqqı  72 min dollardı. Mən burs aldığım üçün 56 minini ödəməyəcəm, digər 18 mini isə başqa şirkət tərəfindən ödəniləcək.

 Günel Yaşarqızı

Şükufə Süleymanlı

İlin gənc müəllimi-Müraciət formu