Azedu.az

Son illər AzMİU-da tədris olunan ixtisaslara maraq daha da artıb

Universitetlər

11 Aprel 2025, 16:32
Son illər AzMİU-da tədris olunan ixtisaslara maraq daha da artıb

Son illər Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tədris olunan ixtisaslara çox böyük maraq yaranıb. Bunun başlıca səbəbi 30 illik işğaldan sonra azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı tikinti quruculuq işləridir.

AzEdu.az xəbər verir ki, bu fikirləri AzMİU Məzunlar Assosiasiyasının təsis yığıncağında universitetin rektoru professor Gülçöhrə Məmmədova deyib.

Rektor bildirib ki, AzMİU-da tədris olunan ixtisaslar, xüsusilə memarlıq, inşaat mühəndisliyi, dizayn və bu kimi inşaat sahəsi ilə əlaqəli olan digər ixtisaslar hələ uzun illər aktual olacaq. Rektor bu fikrini azad olunmuş ərazilərdə nəzərdə tutulan quruculuq işlərinin davam edəcəyi və ölkəmizdə tikinti-quruculuq işlərinə olan ümumi yanaşma ilə əsaslandırıb.

Rusiyadan Ermənistana sərt xəbərdarlıq: Ciddi məşğul olacağıq!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox