Qazaxıstan Respublikasının ali təhsil müəssisələrində 2025-2026-ci tədris ili üçün bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə təqaüd proqramına elektron sənəd qəbulu www.portal.edu.az platformasında aparılır.
AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikası vətəndaşları təqaüd proqramına portal.edu.az platformasında “Hökümətlərarası Təqaüd Proqramı və Dövlət Proqramları çərçivəsində xaricdə təhsil xidməti” üzrə elektron müraciət yerləşdirirlər.
Son müraciət tarixi 1 may 2025-cü il təyin edilib.
Müraciətçilər müraciətlərinin statusu, irəliləyişi, nəticələri və yeniliklər barədə vaxt itirmədən və olduğu yeri tərk etmədən portal.edu.az platformasında “Şəxsi kabinet”ləri vasitəsilə əldə edə biləcəklər.