Azedu.az

AzMİU-da tələbə memarların yaradıcılıq sərgisi açılıb

Universitetlər

11 Mart 2025, 10:36
AzMİU-da tələbə memarların yaradıcılıq sərgisi açılıb

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “İnteryerdə Memarlıq Plastikası” adlı yaradıcılıq sərgisi açılıb. Memarlıq fakültəsi və Təsviri incəsənət kafedrasının təşkilatçılığı ilə keçirilən sərgidə tələbələrin memarlıq və interyer dizayn sahəsindəki əl işləri nümayiş olunub.

Universitetdən AzEdu.az-a verilən məlumata görə, tələbə memarlar interyer məkanlarında plastik formaların tətbiqini tədqiq edərək, müasir və abstrakt üslublarda müxtəlif həcmli kompozisiyalar təqdim ediblər. Sərgilənən yaradıcılıq işləri özünün struktur quruluşuna və formaların plastik ifadəliliyinə görə fərqlənib. 

Sərgidə Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova, Dizayn fakültəsinin dekanı dosent Fərid Kərimov, Əcnəbi Dillər kafedrasının müdiri dosent Aygün Məmmədova və digər qonaqların çıxışları da yer alıb. Onlar tələbələrin yaradıcılıq potensialının inkişaf etdirilməsi baxımından bu cür sərgilərin əhəmiyyətini vurğulayıb, tələbələrin belə sərgilərlə peşəkar memarlıq və dizayn fəaliyyəti üçün vacib təcrübə qazandıqlarını söyləyiblər.

Bildirək ki, sərgi gənc memarların innovativ yanaşmalarını nümayiş etdirməklə yanaşı, onların akademik biliklərini praktik yaradıcılıqla uzlaşdırmasına imkan yaradıb.

TƏCİLİ! Moskvada DƏHŞƏT YAŞANIR - Ölənlərin sayı artır
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox