Azedu.az

İtmiş və ya yanmış diplomu necə bərpa etmək olar? - CAVAB

Universitetlər

11 Mart 2025, 13:19
İtmiş və ya yanmış diplomu necə bərpa etmək olar? - CAVAB

Bəzən tələbələr bir neçə səbəbdən dolayı diplomlarını itirirlər. 

 

Maraqlıdır, itirilən diplomları necə bərpa etmək mümkündür?

 

Mövzu ilə bağlı AzEdu Ali Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.

 

EATDA-dan sorğumuza cavab olaraq bildirilib ki, əgər diplom və əlavəsi itirilibsə, şəxs təhsil aldığı müəssisəyə ərizə ilə müraciət etməlidir:

 

"Ərizəyə şəxsiyyət vəsiqəsi, sənədin axtarışda olması barədə polis bölməsindən arayışı və "Azərbaycan müəllimi" qəzetində elan əlavə edilir. Təhsil müəssisəsi bu məlumatları Agentliyə göndərir və təsdiqləndikdən sonra dublikat diplom təqdim olunur.

 

Diplom zədələnərsə və ya korlanarsa, belə halda vətəndaş köhnə sənədi və şəxsiyyət vəsiqəsini ərizəyə əlavə etməklə birbaşa təhsil müəssisəsinə müraciət edir. Müəyyən prosedurlar icra olunduqdan sonra Agentlik yeni dublikat blankı təsdiq edib təhsil müəssisəsinə göndərir.

 

Diplom yanğın və ya digər hadisələr nəticəsində tam məhv olarsa, bu zaman şəxs FHN-dən yanğın aktı almalı və onu şəxsiyyət vəsiqəsi ilə birlikdə təhsil müəssisəsinə təqdim etməlidir. Müraciət təsdiqləndikdən sonra Agentlik yeni dublikat diplomu hazırlayır və təhsil müəssisəsinə göndərir".

Abş Ukrayna danışıqları nəticə verdi - Müharibə bitir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox