“SABAH.city layihəsi bizi təkrarçılıqdan və israfçılıqdan xilas edəcək”.
AzEdu.az xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Yüksək Texnologiyalar Parkı və ali təhsil müəssisələri arasında "SABAH.city" layihəsi çərçivəsində əməkdaşlığın qurulmasına dair Anlaşma Sazişinin imzalanma mərasimində deyib.
O bildirib ki, layihə tələbələrin tədqiqatlara birbaşa cəlb olunmasına və özgüvənin formalaşmasına bilavasitə kömək edəcək.
"Bu layihə müasir rəqəmsal texnologiyaların təhsil sisteminə inteqrasiyasına yardımçı olacaq. Burada ən çətinlik çəkdiyimiz məsələlərdən biri kadr çatışmazlığıdır. Biz rəqəmsal texnologiyalarla bağlı tələbələrə bilik verəcək kadr tapmaqda da çətinlik çəkirik.
Rektor qeyd edib ki, bəzi ixtisaslar zaman keçdikcə öz aktullaığını itirir. Zamanın tələblərinə cavab verən ixtisaslara keçmək lazımdır”