2022-2023-cü tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün I ixtisas qrupu üzrə müsabiqədə iştirak hüququ qazanmış abituriyentlərin 2 min 976 nəfəri 200-dən aşağı bal toplayıb.
AzEdu.az xəbər verir ki, bu göstərici müsabiqədə iştirak hüququ qazanmış abituriyentlərin təxminən 16 faizini təşkil edir.
I ixtisas qrupu üzrə minimal keçid balını toplamış abituriyentlərin ümumi sayı 19 min 30 nəfərdir.
Qeyd edək ki, 200-dən aşağı bal toplayanların hər biri imtahanın ikinci mərhələsi üzrə 100 ballıq limiti keçə bilməyən abituriyentlərdir.
I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi 16-28 avqust tarixlərində həyata keçiriləcək.