Dövlət İmtahan Mərkəzi (DİM) Elm və Təhsil Nazirliyi ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı Tədbirlər Planına uyğun olaraq “İlk Prezident təqaüdçüləri” layihəsində növbəti videotəqdimat edib.
Qeyd edək ki, layihə çərçivəsində 2001 və 2002-ci illərdə Prezident təqaüdünə layiq görülmüş şəxslər ulu öndər Heydər Əliyevlə keçirilən görüş barədə danışır, həmin görüşün təhsil və karyeralarındakı rolundan bəhs edirlər.
AzEdu.az-ın məlumatına görə, DİM-in budəfəki təqdimatı "ADA" Universitetində tələbə qəbulu üzrə menecer Aytəkin Hüseynova ilə bağlıdır.
O, 2002-ci ildə 649 balla BDU-ya qəbul olunub, oranı bitirib.
Videonu təqdim edirik: