Azedu.az

Yeni semestrin ilk gününün havası

16 Fevral 2025, 12:38
Yeni semestrin ilk gününün havası

Fevralın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən xəbərə görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək. 

Gecə temperaturu: 4-7° isti

Gündüz temperaturu: 7-9° isti

Atmosfer təzyiqi: 765 mm civə sütunu 

Nisbi rütubət: gecə 75-85 %

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Gecə temperaturu: 0-5° isti

Gündüz temperaturu: 8-13° isti

Dağlıq rayonlarda gecə temperaturu: 5-10° şaxta

Gündüz temperaturu: 3° şaxtadan 2°-dək isti.

TƏCİLİ! Moskvada DƏHŞƏT YAŞANIR - Ölənlərin sayı artır
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox