Rusiyada yeni doğulmuş qızını 200 min rubla satmağa cəhd edən qadın həbs edilib.
AzEdu.az RIA-ya istinadən xəbər verir ki, həbs qərarını Moskva məhkəməsi istintaqın tələbi ilə verib.
Onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
Moskva prokurorluğunun məlumatına görə, ana körpəni satmaq üçün 1000 dollar alıb. Ananın 2004-cü il təvəllüdlü olduğu məlum olub, onun adı və motivləri açıqlanmır.
Qadın insan alverində ittiham olunur. Bu maddəyə əsasən, onu on ilə qədər həbs cəzası gözləyir.