Azedu.az

Sertifikatlaşdırmadan sonra müəllimlər nə qədər maaş alırlar?

Müəllimlər və elm adamları

14 Mart 2025, 13:03
Sertifikatlaşdırmadan sonra müəllimlər nə qədər maaş alırlar?

2024-cü ildə 24 mindən çox müəllim sertifikatlaşmaya cəlb edilib, imtahanların nəticələrinə əsasən, 20 200 nəfər uğur qazanıb. 

AzEdu.az xəbər verir ki, bu məlumat Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyətinə dair hesabatda öz əksini tapıb.

Qeyd edilib ki, ümumilikdə, 2024-cü ildə sertifikatlaşdırmadan keçən 23 500 nəfərdən 9 min nəfərin (38%) vəzifə maaşına 35%, 14 500 nəfərin (62%) vəzifə maaşına isə 10% əlavələr edilib.

Hesabat o da bildirilib ki, 2022-2024-cü illərdə 65 min nəfərə yaxın müəllim sertifikatlaşdırmaya cəlb edilib. Sertifikatlaşdırma prosesini ümumilikdə 55 min müəllim uğurla keçib.

Onların 38 min nəfərdən çoxunun əməkhaqqına 10%, 17 min nəfərdən çoxunun əməkhaqqına isə 35% əlavə tətbiq edilib. Nəticədə əməkhaqqına 10% əlavə tətbiq olunmuş müəllimlərə verilən orta aylıq əməkhaqqının məbləği 980 manat, 35% əlavə tətbiq olunmuş müəllimlərin orta aylıq əməkhaqqı məbləği 1295 manat təşkil edib.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox