Azedu.az

IV və VI siniflərdə monitorinqin sınaq mərhələsi keçiriləcək

Məktəblər

11 Aprel 2025, 17:02
IV və VI siniflərdə monitorinqin sınaq mərhələsi keçiriləcək

Azərbaycan Respublikasının Təhsil İnstitutu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) ilə birgə 12-13 aprel tarixlərində ölkənin ayrı-ayrı bölgələri üzrə təsadüfi seçilmiş ümumi təhsil müəssisələrinin IV və VI siniflərində monitorinqin sınaq mərhələsini təşkil edəcək. 

AzEdu.az xəbər verir ki, sınaq qiymətləndirmə iki formatda baş tutacaq: kağız əsaslı və kompüter əsaslı

Sınaq qiymətləndirmənin keçirilməsində əsas məqsəd ayrı-ayrı fənn ekspertləri tərəfindən hazırlanan qiymətləndirmə vasitələrinin təhsil proqramı, cari tədris dövrü və şagirdlərin bilik və bacarıqlarına uyğunluğunu, çətinlik səviyyəsini, işləkliyini və etibarlılığını yoxlamaq, nəticələrin statistik təhlili əsasında müvafiq addımlar atmaq və monitorinqin əsas mərhələsinə hazırlanmaqdır.

Bildirilib ki, monitorinqin əsas mərhələsi may ayında baş tutacaq və ölkə üzrə ümumi təhsil müəssisələrində təhsil alan bütün IV və VI sinifləri əhatə edəcək.

Azərbaycanda müğənni amansızlıqla qətlə yetirildi - Qatil isə…
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox