Azedu.az

Zəhərlənən məktəblilər evə buraxıldı - YENİLƏNDİ

Məktəblər

Qazax-Tovuz Regional Təhsil İdarəsi

11 Aprel 2025, 12:32
Zəhərlənən məktəblilər evə buraxıldı - YENİLƏNDİ

Tovuzda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, aprelin 11-də Tovuz rayonu Düz Cırdaxan kənd tam orta ümumtəhsil məktəbinin 7-ci sinfində təhsil alan və 2-ci dərs başlayan zaman halı pisləşən 5 şagirdin səhhəti regional təhsil idarəsi və məktəb rəhbərliyinin diqqət mərkəzində saxlanılır. 


Tovuz rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən Elşən Musayev və məktəbin direktoru xəstəxanada şagirdləri ziyarət edib, səhhətləri ilə maraqlanıblar. 


Bildiririk ki, məktəblilər müayinə edilib, hər birinə müvafiq tibbi yardım göstərilib və onlar evə buraxılıblar. 
Qeyd edək ki, adıçəkilən təhsil müəssisəsində təlim-tədris prosesi davam edir.

 

11:11

Xəbər verdiyimiz kimi Tovuzda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

AzEdu.az-ın sorğusuna Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, aprelin 11-də Tovuz rayonu Rafael İsmayılov adına Düz Cırdaxan kənd tam orta ümumtəhsil məktəbinin 7-ci sinfində təhsil alan 18 şagirddən 5-nin halı 2-ci dərs başlayan zaman pisləşib.


Məktəbə təcili tibbi yardım çağırılıb və şagirdlər xəstəxanaya aparılıb. Onların səhhəti regional təhsil idarəsi və məktəb rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır.  Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

10:35

Tovuzda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

AzEdu.az xəbər verir ki, hadisə rayonun Düzcırdaxan kənd tam orta məktəbində qeydə alınıb. Məktəbin 5 şagiridi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox