Azedu.az

“Sabahın alimləri” müsabiqəsində 138 layihə uğur qazanıb

Məktəblər

12 Mart 2025, 11:27
“Sabahın alimləri” müsabiqəsində 138 layihə uğur qazanıb

“Sabahın alimləri” seçilən şagirdlərin öz bacarıqlarını göstərməyinə yardımçı olur. 

AzEdu.az xəbər verir ki, bu sözləri “Sabahın alimləti” XIV Respublika Layihə Müsabiqəsinin açılışında ARTİ-nin direktor müavini Fuad Qarayev deyib.

O qeyd edib ki, müsabiqədə şagirdlər riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt üzrə elmi-tədqiqat işləri hazırlayırlar.

Şagirdlər 654 layihə ilə müraciət ediblər. Onlardan 138 layihə uğur qazanıb. 110 layihə qrupla, 28 layihə isə fərdi şəkildə iştirak edir. 

Layihədə 9,10 və 11-ci sinif şagirdləri iştirak edir.

Hər istiqamət üzrə ən az 6 layihə qalib elan ediləcək. Martın 14-ü qaliblərin təltifnaməsi keçiriləcək”.

Ukrayna ordusu geri çəkildi: Bu şəhərdə Rusiya bayrağı qaldırıldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox