Azedu.az

Bioloqlar iştahı idarə edən qədim neyrohormon aşkar ediblər - ARAŞDIRMA

Maraqlı

25 Mart 2025, 08:55
Bioloqlar iştahı idarə edən qədim neyrohormon aşkar ediblər - ARAŞDIRMA

London Kraliça Meri Universitetinin tədqiqatçıları insanlarda iştahı tənzimləyən neyrohormonun yarım milyard ildən çox təkamül tarixinə malik olduğunu müəyyən ediblər.

AzEdu.az xəbər verir ki, “Proceedings of the National Academy of Sciences” jurnalında dərc edilən araşdırmaya görə, “bombesin” adlı bu neyrohormon təkcə insanlarda deyil, dəniz ulduzları və digər dəniz canlılarında da mövcuddur. “Bombesin” ilk dəfə 1971-ci ildə odlu qarınlı qurbağadan (Bombina bombina) sintez edilib və onun məməlilərdə qida qəbulunu azaltdığı müşahidə olunub. Bu kəşf alimlərə bombesinin iştahı idarə edən neyrohormonların təkamül tarixində mühüm rol oynadığını düşünməyə əsas verib.

Professor Moris Elpik və komandası, Parisdəki Paste İnstitutu ilə əməkdaşlıq edərək bombesinin onurğasız heyvanlardakı genetik izlərini araşdırıblar. Nəticədə, dəniz ulduzları (Asterias rubens), dəniz kirpisi və dəniz xiyarı kimi canlılarda bombesinə bənzər neyrohormonları kodlayan genlər aşkarlanıb.

Daha sonra tədqiqatçılar “ArBN” adlı dəniz ulduzuna neyrohormonun təsirini araşdırıblar. Təcrübələr göstərib ki, bu, “ArBN” dəniz ulduzlarının mədəsinin daralmasına və qidalanmanın gecikməsinə səbəb olur. Bu, bombesinin qədimdən bəri heyvanlarda iştahın tənzimlənməsində mühüm rol oynadığını təsdiqləyir.

Tədqiqat yalnız neyrohormonların təkamülünü aydınlaşdırmır, həm də piylənmə ilə mübarizədə yeni dərmanların hazırlanmasına töhfə verə bilər. Bundan əlavə, alimlər iqlim dəyişikliyi nəticəsində dəniz canlılarına təhlükə yaradan dəniz ulduzlarının qidalanmasını məhdudlaşdırmaq üçün də bombesindən istifadə imkanlarını araşdırırlar.

Bu kəşf insanlarla dəniz canlıları arasında gözlənilməz bir təkamül əlaqəsini ortaya qoyaraq qidalanma mexanizmlərinin milyon illər əvvəl formalaşmış ortaq neyrobioloji əsaslarını üzə çıxarır.

Azərbaycanlılar ayağa qalxdı - Urmiyada baş verənlərə Bakıdan reaksiya
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox