Azedu.az

Kolleclərdə nə qədər tələbə təqaüd alır? - STATİSTİKA

Kolleclər

6 Mart 2025, 09:16
Kolleclərdə nə qədər tələbə təqaüd alır? - STATİSTİKA

Təqaüdlər tələbələrə təhsil xərclərini qarşılamaq üçün bir növ maliyyə dəstəyi təqdim edir. Belə ki,təqaüdü həm yerli, həm də xarici tələbələr ala bilir. Təqaüdlər müxtəlif sahələrdə olur: akademik uğur, ehtiyac əsasında, və ya müəyyən ixtisaslar üzrə ixtisaslaşan tələbələr üçün təklif edilə bilər.

 

Maraqlıdır, ötən il neçə kollec tələbə təqaüd alıb? 

 

Dövlət Statistika Komitəsindən AzEdu.az-a bildirilib ki, dövlət orta ixtisas təhsili müəssisələrinin əyani şöbələrində tələbələrin sayı 54848-dir:

 

“Onlar içərisindən 22500 nəfəri təqaüd alan tələbələrdir. Belə ki, əyani şöbələrdə tələbələrin ümumi sayına nisbətən bu 41% təşkil edir.
 

Həmçinin dövlət orta ixtisas təhsili müəssisələrində müqavilə ilə təhsil alan tələbələrin sayı 60080 nəfərdir.

 

Onlardan təhsil haqqını müqavilə əsasında tam ödəməklə təhsil alan tələbələrin sayı 35250-dir. Tələbələrin ümumi sayına nisbətdə bu 58,7% təşkil edir”.

Sərhəddə hərəkətlənmə - Erməni bloqer sığınacaq istəyir
Son xəbərlərDaha çox