Azedu.az

Ən az tələbatlı ixtisaslar: "Plan yerləri 4-5-ə endirilməlidir"

Kolleclər

Tələbə və şagird

20 Dekabr 2024, 13:39
Ən az tələbatlı ixtisaslar: "Plan yerləri 4-5-ə endirilməlidir"

Kolleclərdə elə ixtisaslar mövcuddur ki, tələbələr bəzən əlacsızlıqdan onları seçir, lakin gələcəkdə bu ixtisaslara uyğun olaraq harada və necə iş tapacaqları barədə kifayət qədər məlumata sahib olmurlar.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndiyevin sözlərinə görə, elə ixtisaslar var ki, bu sahələr üzrə plan yerlərinin sayı azaldılmalı, vəzifə tələblərinə uyğun yeni ixtisaslar təklif olunmalıdır:

151686

“Bu ixtisaslara tələbat az olsa da, müəyyən sayda ehtiyac mövcuddur. Lakin bəzi sahələrdə plan yerlərinin sayının çox olması məqsədəuyğun deyil. Məsələn, ailə və ev təhsili sahəsində, fiziki sağlamlıq imkanları məhdud olan uşaqların və ya övladını təhsil müəssisəsinə göndərməyib evdə təhsil almağı üstün tutan valideynlərin sayı artmaqdadır. Bu ixtisası bitirənlər məhz bu kateqoriyadan olan şagirdlərə dərs keçirlər.

 

İaşə müəssisələrinin servisi sahəsi də, əsasən iaşə müəssisələrində çatdırılma xidmətləri və digər müvafiq xidmətlərlə bağlıdır.

 

Kimyəvi birləşmələrin keyfiyyətinə analitik nəzarət sahəsi isə əsasən kimyəvi istehsalatla məşğul olan fabrik və zavodlarla bağlıdır. Bu sahə üzrə mütəxəssislərə ehtiyac mövcuddur, amma işə qəbul zamanı daha çox ali təhsil müəssisələrində kimya mühəndisliyi ixtisası bitirənlərə üstünlük verilir. Lakin bəzi hallarda orta ixtisas təhsili müəssisələrini bitirənlər də bu sahədə iş tapmaq imkanı əldə edə bilərlər.

 

Poliqrafiya istehsalatının texnologiyası ixtisası çap və nəşriyyat məhsulları sahəsini əhatə edir. Ölkəmizdəki çoxsaylı nəşriyyatları nəzərə alındığında bu sahədə mütəxəssislərə ehtiyac olduğunu deyə bilərik.

 

Mədəni-kütləvi tədbirlərin təşkilatçısı sahəsi, prodüserlik və müxtəlif bayramların və tədbirlərin təşkilatçılığını əhatə edir.

 

Geodeziya və kartoqrafiya sahəsi isə xəritəçəkmə və nəşriyyat işləri ilə bağlı fəaliyyətləri əhatə edir.

 

Əvvəlki dövrlərlə müqayisədə bu ixtisaslara tələbatın azaldığını görürük. Buna görə də, bu sahələr üzrə plan yerlərinin sayı 15-20-dən 3-5-ə endirilməli və boşalan yerlər dövrün tələblərinə uyğun yeni ixtisaslarla əvəz edilməlidir.

 

Xüsusilə kompüter, informasiya texnologiyaları, maliyyə və menecment kimi sahələrə daha çox diqqət yetirilməlidir. Bu, əmək bazarındakı çətinliklərin azalmasına kömək edəcək və tələbələrin iş tapma imkanlarını artıracaq”.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox