Məlum olduğu kimi, 2 və 9 mart tarixlərində 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib. Belə ki, imtahan nəticələri yaxın 6 həftə ərzində açıqlanması nəzərdə tutulub.
Nəzərə alsaq ki, bu həftə bayrama təsadüf edəcək, görəsən, bu nəticələrin gec açıqlanmasına təsir edəcəkmi?
Mövzu ilə bağlı AzEdu.az Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq bildirilib ki, nəticələrin imtahan günündən sonrakı 6 həftə ərzində elan olunması nəzərdə tutulub:
"Yəni dəyişiklik yoxdur",- deyə mərkəzdən məlumat verilib.