Sumqayıt Dövlət Universitetində (SDU) yeni kadr təyinatı həyata keçirilib.
AzEdu.az-ın məlumatına görə, jurnalist Aytən Rəhimli universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Aytən Rəhimli uzun illər media sahəsində fəaliyyət göstərib, müxtəlif informasiya resurslarında jurnalist və redaktor kimi çalışıb. Bundan sonra o, Sumqayıt Dövlət Universitetinin ictimaiyyətlə əlaqələr siyasətinin həyata keçirilməsi, media ilə əməkdaşlığın təşkili və universitetin fəaliyyətinin informasiya təminatı istiqamətində çalışacaq.