Azedu.az

Dünya çempionatındakı qələbənin qeyd olunması zamanı yeniyetmə ölüb

Hadisə

20 İyul 2026, 12:52
Dünya çempionatındakı qələbənin qeyd olunması zamanı yeniyetmə ölüb

İspaniyada futbol üzrə dünya çempionatındakı qələbəni qeyd etmə mərasimi zamanı fəvvarənin uçması nəticəsində bir yeniyetmə ölüb.

AzEdu.az "Europa Press"ə istinadən xəbər verir ki, hadisə Salamanka əyalətinin Syudad-Rodriqo şəhərində baş verib.

Komandanın qalibiyyətindən ilhamlanan gənclər fəvvarənin ətrafına toplaşıblar. Fəvvarənin bir hissəsi dağılaraq 13 yaşlı oğlanın üstünə düşüb. Dərhal tibbi yardım göstərilsə də, yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. Bundan əlavə, daha üç gənc xəsarət alıb və onların sağlamlıq vəziyyəti ağır olaraq qiymətləndirilir.

Xatırladaq ki, İspaniya yığması DÇ-2026-nın finalında əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə üstələyib.

TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR
Son xəbərlərDaha çox