Azedu.az

Bağça müdiri olmaq üçün qeydiyyat BAŞLAYIB

Bağçalar

27 Noyabr 2024, 12:00
Bağça müdiri olmaq üçün qeydiyyat BAŞLAYIB

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayıb.

Bu barədə AzEdu.az-a Təhsil İnstitundan məlumat verilib.

Bildirilib ki, müsabiqənin elektron sənəd qəbulu mərhələsi 27 noyabr-04 dekabr tarixlərini əhatə edəcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 27 noyabr saat 11:00-dan 04 dekabr saat 11:00-dək //miq.edu.az/direktor linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox