Azedu.az

“Azərbaycan uğrunda həmrəylik!” adlı tədbir keçirilib - FOTO  

Ali təhsil

25 Dekabr 2018, 15:00
“Azərbaycan uğrunda həmrəylik!” adlı tədbir keçirilib - FOTO  

Bakı Mühəndislik Universitetində  “Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il” münasibəti ilə  “Azərbaycan uğrunda həmrəylik!” adlı əyləncəli-bədii tədbir  keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə  universitetin müəllim və tələbələri iştirak edib.

Universitetin rektoru, professor Havar Məmmədov “Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il” münasibəti ilə müəllim və tələbələri təbrik edib, xoş arzularını çatdırıb. Bildirib ki, bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsini, azərbaycançılıq ideyasını yaşadanlar bu birliyə, bu həmrəyliyə öz töhfələrini verirlər. 1991-ci ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qəbul olunmuş qərarla keçirilən həmrəylik günü bayramı indi dünyanın 100-ə yaxın ölkəsində yüksək səviyyədə qeyd olunur. Dünyanın bir çox ölkəsində azərbaycanlıların diaspora təşkilatları fəaliyyət göstərir. İndiyədək bir neçə dəfə xaricdə yaşayan azərbaycanlıların müstəqil  Azərbaycan  Respublikası  ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi üçün “Dünya Azərbaycanlılarının Qurultayı” keçirilib. Dövlət başçısı İlham Əliyev tərəfindən də xalqımızın birliyi, həmrəyliyi üçün mühüm işlər görülür.

Tədbirdə o da qeyd olunub ki, bu gün bütün dünyada, hər bir azərbaycanlının evində, ailəsində bir bayram var. Bu bayram Azərbaycan qürurunu mənliyində yaşadanların bayramıdır. “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biridir.

Tədbirin bədii hissəsi universitetin mədəniyyət şöbəsinin təşkilatçılığı ilə tələbələrin ifasında  rəqslər, səhnəciklər və mahnılarla davam edib.

Zelenskidən şok sözlər - Göz yaşlarını saxlaya bilmədi
Son xəbərlərDaha çox