Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-25 11:40:25
Azərbaycan alimlərinin nüfuzlu jurnallarda çıxan məqalə sayında rekord artım -68%  

2015-ci ildə Təhsil Nazirliyi ilə dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı olan "Clarivate Analytics“ şirkəti arasında bağlanan sazişə və elmi fəaliyyətin stimullaşdırılması ilə bağlı son illərdə həyata keçirilən tədbirlərə əsasən, demək olar ki, bu sahədə uğurlu nailiyyətlər əldə olunub.

 Ölkəmizin ali təhsil müəssisələrinin “Web of Science®” elmi məlumat platformasına çıxışının təmin edilməsi artıq öz müsbət nəticələrini verməkdədir.

AzEdu.az  “Azərbaycan  Respublikasında  təhsilin inkişafı  üzrə  Dövlət Strategiyası”ı  5 ilin  hesabatını təqdim edir:

2015-ci ildə “Clarivate Analytics” şirkəti və  Təhsil Nazirliyi arasında  bağlanan  sazişə əsasən, ölkəmizin ali təhsil  müəssisələrinin “Web of Science” elmi məlumat platformasına çıxışı təmin edilib.

2017-ci ildə  qlobal  elmi bazadan istifadə  aktivliyinin dinamikasında  əvvəlki illə müqayisədə  75 faiz  artım müşahidə  olunub,  impakt faktorlu  jurnallarda  çap olunmuş  məqalələrin sayında  isə son  4 ildə  68  faiz  artım qeydə alınıb.

Nəşr aktivliyinin  son 3 ildə artım dinamikasına görə Azərbaycan  regionda  birinci yerə  çıxıb.

2017-ci ildə nəşrlərin sayı 1160 olmaqla  son 25 ilin ən  yüksək göstəricisi qeydə alınıb,  onların təxminən 43 faizi ali təhsil müəssisələrinin payına düşüb.

Günel Yaşarqızı
Müəllifin digər yazıları