Azedu.az

Nazirlik Bakıda tələbənin öldürülməsi ilə bağlı məlumat yaydı

Ali təhsil

24 Dekabr 2018, 14:44
Nazirlik Bakıda tələbənin öldürülməsi ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Bakıda törədilmiş qətllə bağlı məlumat yayıb.

AzEdu.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 23-də Nərimanov rayonu ərazisində Ağstafa rayon sakini Rauf Murğuzov münaqişə zəminində həmyerlisi Elman Xəlilovu bıçaqla qətlə yetirib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Murğuzov saxlanılıb.

Qeyd edək ki, hadisəni törədən R.Murğuzov Dövlət İdman Akademiyasının, E.Xəlilov isə Texniki Universitetin tələbəsi olub.

Zelenskidən şok sözlər - Göz yaşlarını saxlaya bilmədi
Son xəbərlərDaha çox