Azedu.az

Elm və təhsil naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

Təhsil Nazirliyi

1 Sentyabr 2025, 14:22
Elm və təhsil naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 26 sentyabr tarixində Gədəbəy şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə AzEdu.az-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Qəbulda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri 15 sentyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının //edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir
Son xəbərlərDaha çox