Azedu.az

Hacıqabulda ağır qəza: Azyaşlı xəsarət alıb

Hadisə

11 Avqust 2025, 09:29
Hacıqabulda ağır qəza: Azyaşlı xəsarət alıb

Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AzEdu.az-ın məlumatına görə, hadisə rayonun Abdulabad kəndi ərazisində qeydə alınıb.

Kənd sakini Qara Həsənovun idarə etdiyi QAZ-31 markalı avtomobillə həmkəndlisi Elnur Qasımovun idarə etdiyi "Belarus" markalı traktor toqquşub.

Hadisə nəticəsində 1988-ci il təvəllüdlü Qara Həsənov, 1984-cü il təvəllüdlü Elnur Qasımov, traktorda olan sərnişinlər - 1993-cü il təvəllüdlü Bayram Babayev və onun 2016-cı il təvəllüdlü oğlu M.Babayev yüngül xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir
Son xəbərlərDaha çox