Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-28 11:12:59
“Hazırcavablar” intellektual oyununda bu məktəbin komandası qalib gəlib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrinin şagirdlərindən ibarət daha dörd komanda “Hazırcavablar” intellektual oyununda gücünü sınayıb.

AzEDU xəbər verir ki,  növbəti qarşılaşmada 147 nömrəli texniki-humanitar liseyin, 78, 230 və 236 nömrəli tam orta məktəblərin komandaları iştirak edib. Məktəblilər “Dil və ədəbiyyat”, “Tarix”, “Coğrafiya”, “Məntiq” və “Ordan-burdan” bölmələri üzrə sualları cavablandırıblar.

İntellektual oyunun nəticələrinə əsasən, 230 nömrəli tam orta məktəbin komandası qalib gəlib.

Qeyd edək ki, “Hazırcavablar” intellektual teleoyunu BŞTİ və AzTV-nin birgə layihəsidir. İntellektual oyun həftədə bir dəfə AzTV-də yayımlanır.

Layihənin əsas məqsədi məktəblilərin intellektual səviyyəsini və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaq, həmçinin şagirdlərin asudə vaxtını səmərəli təşkil etməkdir. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onların fənlərə marağını artırmaq, yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmalarını təmin etmək də layihənin əsas hədəfidir.