Azedu.az

AzTU-da I Karyera Sərgisi keçiriləcək  

Ali təhsil

12 Dekabr 2018, 13:15
 AzTU-da I Karyera Sərgisi keçiriləcək   

14 dekabr 2018-ci il tarixində saat 10:30-da Azərbaycan Texniki Universitetinin (AzTU) İdman Sarayında I Karyera Sərgisi təşkil olunacaq.

AzEdu.az xəbər verir ki, Azərbaycan Texniki Universiteti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək sərgidə 70-ə yaxın şirkət və müəssisə iştirak edəcək.

Tələbələrə məşğulluq, iş, təcrübə imkanları təklif edən sərgi, gələcək mühəndislərə müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmaq şəraiti yaradacaq.

Zelenskidən şok sözlər - Göz yaşlarını saxlaya bilmədi
Son xəbərlərDaha çox