Azedu.az

İspaniyanın Alkala Universitetinə müraciətlər başladı

28 Mart 2018, 08:40
İspaniyanın Alkala Universitetinə müraciətlər başladı

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri üçün Erasmus+ Beynəlxalq Kredit Mobilliyi çərçivəsində İspaniyanın Alkala Universitetinə müraciətlər başlayır.

Universitetin mətbuat xidmətindən AzEDU-ya verilən məlumata görə, müsabiqəyə yalnız 2-ci kurs bakalavr tələbələri müraciət edə bilər. Proqram 2018-2019 akademik ilinin payız semestrini əhatə edəcək.

Müraciət üçün sənədlərinizi 13 aprel 2018-ci il tarixinə qədər [email protected] ünvanına "Alkala Universiteti-müraciət" başlığı ilə göndərmək lazımdır. Elektron sənədlər ancaq PDF formatında (hər bir fayl ayrıca adlandırılmaq şərtilə) qəbul olunacaq.

Tələb olunan sənədlər:
-Pasportun surəti
-İngilis dilinə tərcümə olunmuş transkript
-İngilis dilində motivasiya məktubu ( 1səhifədən çox olmamaqla )
-IELTS (min 6.0) və ya TOEFL (min 78) sertifikatının surəti

Proqram haqqında ətraflı məlumat aşağıdakı linkdə qeyd olunub..
//www.asoiu.edu.az/az/page/52-muebadile-proqramlari

Həmçinin müsabiqə haqqında daha geniş məlumat üçün Beynəlxalq Əməkdaşlıq Şöbəsinə (231-ci otaq) müraciət edə və ya //www.facebook.com/asoiuinternational/ səhifəsinə suallarınızı ünvanlaya bilərsiniz.

Qeyd edək ki, Alkala Universiteti, proqramları və ixtisaslar haqqında məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz: //www.uah.es/en/Кінець форми

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox