![](https://azedu.az/uploads/news/2018/03/29747068_1728028380592542_1703703730_o.jpg)
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri üçün Erasmus+ Beynəlxalq Kredit Mobilliyi çərçivəsində İspaniyanın Alkala Universitetinə müraciətlər başlayır.
Universitetin mətbuat xidmətindən AzEDU-ya verilən məlumata görə, müsabiqəyə yalnız 2-ci kurs bakalavr tələbələri müraciət edə bilər. Proqram 2018-2019 akademik ilinin payız semestrini əhatə edəcək.
Müraciət üçün sənədlərinizi 13 aprel 2018-ci il tarixinə qədər [email protected] ünvanına "Alkala Universiteti-müraciət" başlığı ilə göndərmək lazımdır. Elektron sənədlər ancaq PDF formatında (hər bir fayl ayrıca adlandırılmaq şərtilə) qəbul olunacaq.
Tələb olunan sənədlər:
-Pasportun surəti
-İngilis dilinə tərcümə olunmuş transkript
-İngilis dilində motivasiya məktubu ( 1səhifədən çox olmamaqla )
-IELTS (min 6.0) və ya TOEFL (min 78) sertifikatının surəti
Proqram haqqında ətraflı məlumat aşağıdakı linkdə qeyd olunub..
http://www.asoiu.edu.az/az/page/52-muebadile-proqramlari
Həmçinin müsabiqə haqqında daha geniş məlumat üçün Beynəlxalq Əməkdaşlıq Şöbəsinə (231-ci otaq) müraciət edə və ya https://www.facebook.com/asoiuinternational/ səhifəsinə suallarınızı ünvanlaya bilərsiniz.
Qeyd edək ki, Alkala Universiteti, proqramları və ixtisaslar haqqında məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz: https://www.uah.es/en/Кінець форми
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)