Azedu.az

Dünyada 260 milyondan çox uşaq məktəbə getmir - SƏBƏBLƏR

Məktəblər

Maraqlı

28 Mart 2018, 06:29
Dünyada 260 milyondan çox uşaq məktəbə getmir - SƏBƏBLƏR

YUNESKO-nun təhsil hesabatına görə, dünyada 260 milyondan çox uşaq məktəbə getmir.

AzEDU xarici mətbuata istinadən xəbər verir ki, hesabatda, buna səbəb kimi həm dövlətlərin təhsilə ayırdığı büdcənin kifayət qədər olmaması, həm də qız və oğlan uşaqlarına bərabər hüquqların verilməməsi göstərilib.

Həmçinin məktəbə gedən şagirdlər arasında da məzun olanların sayının azaldığı vurğulanıb. 2010-2015-ci illərin hesabatında şagirdlərin 83%-nin orta məktəbi bitirdiyi bildirilsə də, sonuncu hesabatda bu, 69%-dir. Ölkələrin 66%-ində isə qız və oğlanlar arasında təhsil hüququ bərabərliyinin olmadığı qeyd olunub.

Həmçinin dövlətlərin keyfiyyətli təhsil üçün kifayət qədər büdcə ayırmadığı, illik ən azı 33 milyard avronun çatışmadığı aydın olub. Mütəxəssislər dünya ölkələrini təhsilə diqqət etməyə çağırıb.

Lamiyə Süleymanlı

TƏCİLİ! Ölkədə kütləvi həbslər BAŞLADI: Bu məmurlar SAXLANILDILAR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox