Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-27 12:05:26
Sınaq imtahanına qeydiyyat başa çatır

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi aprelin 1-də keçiriləcək sınaq imtahanına qeydiyyat başa çatır.

Aprel ayının 15-də keçiriləcək sınaq imtahanına qeydiyyat aprel ayının 10-u saat 10:00-dək aparılacaq.

AzEDU Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətindən MYİ, DYİ və ya QV seriyalı icazə (qaçqın) vəsiqəsi almış əcnəbilər sınaq imtahanına internet vasitəsilə ümumi qaydada yazıla bilərlər.

Sınaq imtahanı zamanı I qrup əlil vətəndaşlar üçün zəruri şəraitin yaradılması məqsədilə həmin şəxslərdən əlillik haqqında arayışı və imtahana buraxılış vərəqəsinin surətini sınaq imtahanına yazıldıqdan sonra bir gün ərzində DİM- ə təqdim etmək xahiş olunur.

Sənədlərin elektron surətlərini [email protected] elektron poçt ünvanına da göndərmək olar.

Azercell, Bakcell və Nar Mobile abunəçiləri sınaq imtahanı nəticələrini SMS vəsitəsilə də öyrənə bilərlər. Bunun üçün iş nömrəsini SMS-lə 7727-yə göndərmək kifayətdir.

Sınaq imtahanının nəticələri növbəti həftənin cümə axşamı günü elan edilir.

Qeyd edək ki, sınaq imtahanlarında iştirak etmək istəyən abituriyentlər ekabinet.dim.gov.az saytındakı "Şəxsi kabinet"in "Sınaq imtahanı üçün ödəmə kartlarının alınması" bölməsinə daxil olaraq 'Sınaq imtahanı' ödəmə kartını əldə edib və YENİ İSTİFADƏÇİ  kimi qeydiyyatdan keçib özünüzə hesab açmalıdırlar. (2017- Cİ İLDƏ BU SİSTEMDƏ İSTİFADƏÇİ ADINIZ OLUBSA, ONDAN İSTİFADƏ EDƏ BİLƏRSİNİZ). İstədiyiniz zaman yeni ödəmə kartı əldə edib hesabınızın balansını artırmaq mümkündür. Balansınızdakı vəsaitdən istifadə edib ənənəvi (kağız daşıyıcılar vasitəsilə) üsulla keçirilən sınaq imtahanlarına bu səhifədən yazıla bilərsiniz. Sınaq imtahanlarına yazılış yalnız İNTERNET vasitəsilə aparılır və imtahan keçiriləcək həftənin çərşənbə axşamı günü səhər saat 10:00-da başa çatır.

İmtahana yazılmaq üçün ŞƏXSİYYƏT (QEYDİYYAT, İCAZƏ, QAÇQIN) VƏSİQƏSİ və ÖDƏMƏ KARTI (20 AZN) tələb olunur. 2017- ci ildə əldə edlib istifadə edilməmiş ödəmə kartları da etibarlıdır.