Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-26 13:58:51
Beynəlxalq təhsil konfrası gələn il San - Fransiskoda keçiriləcək

Amerika qitəsinin ən mühim təşkilatlarından olan Müqayisəli və Beynəlxalq Təhsil Assosiasiyasının (CIES) hər il keçirilən illik konfransı martın 25-də start götürüb. Meksikanın ev sahibliyi etdiyi proqram 29 martda sona çatacaq.

AzEDU xarici KİV-lərə istinadən xəbər verir ki, Kolumbiya Universitetinin təşkil etdiyi tədbirdə dünyanın hər yerindən təhsil mütəxəssisləri iştirak edir. Tədbirdə mütəxəssislər çoxdilli təhsil, müəllim təhsili, müxtəlif bacarıqlar, məlumatların idarə edilməsi, maliyyələşdirmə, tədris proqramlarının inkişafı, erkən uşaqlıq, qloballaşma və ali təhsilin inkişaf meyarları mövzuları müzakirə edilir.

Çikaqo, Loyola, Texas, Toronto, Florida, Kolumbiya universitetləri ilə Meksika və ABŞ təhsil müəssisələrinin alimləri və mütəxəssisləri tərəfindən təşkil edilən onlarla seminarlarda regional təlim təcrübələri də araşdırılır. Dörd gün davam edəcək konfransda motivasiya edici filmlər də nümayiş etdiriləcək. CIES 2019 isə 14-19 aprel tarixlərində ABŞ-ın San - Fransisko şəhərində keçiriləcək.

Qeyd edək ki, 1956-cı ildə qurulan CIES, mədəniyyətlərarası təhsili gücləndirmək üçün yaradılıb. Hazırda bu təşkilatın Amerikadan 2500 üzv var. Dərnək psixologiya, sosiologiya, tarix və iqtisadiyyat sahələrində fənlərarası təhsil tədqiqatları ilə məşğul olur. Hər il fərqli şəhərlərdə təşkil edilən bu beynəlxalq konfranslara minlərlə təhsil mütəxəssisləri, müəllimlər qatılır.

Nəzrin Cavid