Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-26 11:10:09
Psixoloqdan tətildən qayıdan şagirdlərə tövsiyə: “Bunlara əməl edin”

Sabahdan Novruz tətilinin başa çatmasıyla əlaqədar məktəblərdə dərslərə start veriləcək. Bir neçə günlük tətildən qayıdan şagirdlərdə dərslərə uyğunlaşmaq prosesində müəyyən çətinliklər özünü göstərir.


Məsələ ilə bağlı psixoloq Ramil Nəcəfli AzEDU-ya açıqlamasında bildirib ki, tətilə çıxan şagirdlər və onların valideynləri, övladlarının tətildən öncəki dərs cədvəlinin gərgin qrafikdə tərtib edildiyinin fərqinə varırlar: “İş adamları istirahət zamanı çox gərgin işlədiklərini başa düşürlər. Eləcə də şagirdlər evdə dərsə çox vaxt sərf etdiklərini tətildə rahatlaşdıqları zaman dərk edirlər. Tətilin onlara vəd etdiyi rahatlığı, valideynlərinin onlara daha çox vaxt ayırdıqlarını gördükləri zaman yenidən dərsə adaptasiya olmaqda çətinlik çəkirlər”.

Psixoloqun sözlərinə görə, bu problemin qarşısını almaq üçün elə tətil vaxtı tədbir görülməlidir: “Tətilin bitməsinə az qalmış dərs tapşırıqlarına hər gün ən azı 1 saat məşğul olmağı tövsiyyə edirəm. İstirahətdən öncəki rejimə tətilin son günləri müəyyən qədər əməl olunmalıdır. Bu şagirdlərin məktəbə uyğunlaşma prosesini sürətləndirəcək və ciddi problemlər yaratmayacaq”.


Nəzrin Rüstəmova
Müəllifin digər yazıları