![](https://azedu.az/uploads/news/2018/03/yadplanetliler.jpg)
NASA-nın yüksək vəzifəli astronavtları ABŞ-ın Nyu York şəhərində qatıldıqları bir konfransda hamının bilmək istədiyi "Yadplanetlilər varmı?" sualını cavablayıblar.
AzEDU xəbər verir ki, məşhur amerikalı kinorejissor Darren Aronofskinin "One Strange Rock" layihəsi üçün bir araya gələn astronavtlar kainatın düşündüyümüzdən də böyük olduğunu və yadplanetlilərlə qarşılaşma ehtimalları barədə danışıblar.
Kosmosda 4000 saat vaxt keçirən kanadalı astronavt Kris Hedfild artıq hər ulduzun bir planeti olduğunu sübuta yetirdiklərini deyib: "İndi hesablamaq sizə qalıb. Əgər Marsda canlı nümunəsi tapa biliriksə və ya okeanın dərinliklərində bir qurd varsa, deməli kainatda həyat var. Yaşayış izi tapmaq çox asandır, amma çətin olan ağıllı bir üsul tapmaqdır. Kainatda 1 septilyion (1.000.000.000.000.000.000.000.000) ulduz var. Həmçinin bu rəqəm də təxminidir. Ulduz sayı bundan da çox ola bilər. Əgər hər ulduzun bir ədəd planeti varsa, kosmosda ağıllı yaşam formaları tapıla biləcəyini rahatlıqla söyləyə bilərik", - deyə o, bildirib.
Keçmiş astronavt Ceff Hofman da kosmosda yalnız olmadığımızı söyləyib: “Bir elm adamı olaraq mən sübutlara baxaram. Hələlik bununla bağlı bir dəlil yoxdur, amma kainatda yalnız olmadığımıza inanıram".
“National Geographic” kanalı üçün hazırlanan sənədli filmdə danışan qadın astronavt Mae Cemison isə sübut tapmaq üçün düşünməli olduğumuzu diqqətə çatdırıb.(qaynarinfo)
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)