https://www.zirve.edu.az/
26.03.2018 07:27
Dünyanın ən yaxşı “MBA universitetləri”nin adları açıqlandı

Böyük Britaniyada fəaliyyət göstərən “Financial Times” qəzeti “Dünyanın ən yaxşı MBA proqramları -2018” reytinqini nəşr edib. Ən yaxşı MBA (Master of Business Administration) proqramları siyahısında birinci yeri Stanford Universitetinin Biznesin idarə olunması fakültəsi tutub.

 “Financial Times” universitetlərin beynəlxalq  uğurları, tələbələrin məzun olduqdan sonra karyera qurmaları və bu kimi 16 kriteriyaya əsasən ali təhsil müəssisələrini qiymətləndirib. Bütün kriteriyalar nəzərə alındıqdan sonra Stanford Universitetinin Biznesin idarə olunması fakültəsi hətta qabaqcıl ali məktəblərdən biri olan Fransanın “INSEAD” universitetini də geridə qoyub.

Qeyd edək ki, Azərbaycan və Türkiyədən heç bir MBA təhsili verən univeristet bu siyahıda yer almayıb. Amerika Birləşmiş Ştatları isə biznes təhsili üzrə ən yaxşı 10 universitet sıralamasında 7 universitetlə birinciliyə sahib olub.

AzEDU bu siyahıda yer alan ilk 10 universitetin adını təqdim edir:

1.Stanford Universiteti, ABŞ

2.INSEAD, Fransa / Sinqapur

3.Pensilvaniya Universiteti, ABŞ

4.London Biznes Məktəbi, İngiltərə

5.Harvard Biznes Məktəbi, ABŞ

6.Çikaqo Universiteti, ABŞ

7.Kolumbiya Biznes Məktəbi, ABŞ

8.Ceibs Universiteti, Çin

9.Massaçusets Texnologiya İnstitutu, ABŞ

10.Kaliforniya Universiteti, ABŞ

Nəzrin Cavid