Azedu.az

“Çiçəklənən Şuşa” sərgisi açılıb - FOTO

13 İyun 2024, 15:06
“Çiçəklənən Şuşa” sərgisi açılıb - FOTO

Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda rəssam Səyyar Əliyevin “Çiçəklənən Şuşa” adlı fərdi sərgisi açılıb.

 

AzEdu.az xəbər verir ki, sərginin açılışında çıxış edən ARİ-nin katibi, Xalq rəssamı Ağaəli İbrahimov S.Əliyevin əsərlərindəki zəriflik və dərin fəlsəfi duyğulardan söz açıb. Bildirib ki, rəssamın hər bir əsəri ruhun ən incə tellərini titrədə biləcək gücə malikdir. A.İbrahimov qeyd edib ki, daim yaradıcılıq axtarışında olan rəssam  müxtəlif janrlarda fırçasını sınasa da, mənzərə janrında olan əsərləri üstünlük təşkil edir. O, Qarabağın, xüsusilə də doğma Şuşanın təbiətini sözlə ifadə olunmayacaq duyğularla tamaşaçıya təqdim edir.

 

Sonra qonaqlar sərgi ilə tanış olublar.

 

Sərgidə rəssamın müasir incəsənətə olan unikal baxışını əks etdirən ən yeni əsərləri nümayiş olunub. Müəllifin mədəniyyət beşiyi Şuşanın təbii gözəllikləri və  işğaldan azad olunduqdan sonrakı növrağını əks etdirən müxtəlif üslübda çəkilmiş əsərləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

TƏCİLİ! Sərhəddə gərginlik-Silahlar işə düşdü
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox