Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-22 09:17:00
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər KEÇİRİLİR

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilərin keçirilməsi məqsədilə elm və təhsil nazirinin əmri ilə yaradılmış Seçki Komissiyasının iclası keçirilir.

 

AzEdu.az xəbər verir ki, Seçki Komissiyası tərəfindən İctimai Şuranın üzvlüyünə seçilmək məqsədilə vətəndaş cəmiyyəti institutlarından təqdim edilmiş sənədlər müzakirə ediləcək.

 

Komissiyaya Elm və Təhsil Nazirliyinin 4, vətəndaş cəmiyyəti institutlarının 5 nümayəndəsi daxildir.

 

Müvafiq sahədə qanunvericiliyin tələblərinə uyğun olaraq namizədliyi irəli sürülmüş şəxslərin seçkidə iştirakına qərar veriləcək.

 

Qeyd edək ki, İctimai Şuraya üzvlüyə namizəd və seçici qismində iştirakla bağlı Elm və Təhsil Nazirliyinə (elektron qaydada və ya Vətəndaşların Qəbulu Mərkəzinə) 350-ə yaxın müraciət daxil olub.

 

Məlumat üçün bildiririk ki, yaxın günlərdə İctimai Şura üzvlərinin seçilməsi barədə vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaq keçiriləcək.

 

Seçkilərin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

 

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın keçmiş sədri Günel Səfərova, üzvləri Gülməmməd Məmmədov, Məleykə Əlizadə, İlqar Orucov, Mirzə Cəfərzadə, Fuad Məmmədov, Rüfət Əsədzadə və Pərvanə Məmmədova olublar.