Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-21 17:26:41
BŞTİ operativ monitorinqlərə davam edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili və idarə olunması ilə bağlı operativ monitorinqlər davam edir.

 

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən paytaxtdakı təhsil müəssisələrində aparılan monitorinqlər nəticəsində tədrisin və kadrlarla işin təşkili vəziyyəti, tədris-pedaqoji sənədlərin mövcud təlimata uyğunluğu, maddi-texniki baza və infrastrukturdan istifadə, təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunması, dövlət elektron məlumat sistemlərinin idarəedilməsi istiqamətində nöqsanlar aşkarlanmış təhsil müəssisələrinin rəhbərləri ilə bağlı MÜTDA-nın əmrinə uyğun olaraq müvafiq qərarlar verilib, intizam tənbeh tədbirləri görülüb.

 

Seçmə üsulla müəyyənləşdirilmiş təhsil müəssisələrində monitorinqlərin təşkil olunmasının əsas məqsədi tədrisin və kadrlarla işin təşkili vəziyyətinə nəzarətin artırılması, tədris-pedaqoji sənədlərin mövcud təlimata uyğunluğunun yoxlanılması, maddi-texniki baza və infrastrukturdan istifadə, təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunması, dövlət elektron məlumat sistemlərinin idarəedilməsi və səmərəli tədris mühitinin formalaşdırılmasına dəstək verilməsindən ibarətdir.

 

Təhsil müəssisələrinin rəhbərlərinə sənədlərlə işin təşkili, infrastruktur və maddi-texniki təminat, dərs prosesinin düzgün qurulması, dərnək məşğələləri və dərsdənkənar məşğələlərin tədrisi məsələləri, pedaqoji və inzibati heyətin məsuliyyətinin artırılması və digər müvafiq istiqamətlər üzrə çatışmazlıqların qısa müddətdə aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verilib.

 

Monitorinqlərin nəzərdə tutulan əhatə dairəsinin təmin olunması üçün Elm və Təhsil Nazirliyinin əmri ilə müvafiq komissiya yaradılıb. Operativ monitorinqlərin tədris ilinin sonuna qədər davam etməsi nəzərdə tutulur.

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İlin gənc müəllimi"nin qalibi olaraq kimi görürsünüz?
Səs ver
FACEBOOK