Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-21 09:04:00
“Tarixdə bu gün” - 21 may necə yadda qalıb?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

21 may tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

21 may Ümumdünya Dialoq və İnkişaf Naminə Mədəni Müxtəliflik Günüdür:

 

Bu gün BMT Baş Məclisi tərəfindən 2002-ci ilin dekabrında təsis edilib.Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Günü ilk dəfə 2003-cü il mayın 21-də keçirilib.

 Hazırda dünya mədəniyyətini çox müxtəlif amillər təhdid edir – bir halda milli özünəməxsusluğun həddən artıq qorunması müxtəlif azlıqların mədəniyyətləri üçün təhlükə yaradır, digər halda din mədəniyyətə təzyiq göstərir, üçüncü halda praktik olaraq dünyanın bütün ölkələrində qloballaşmanın təsiri altında dillər yox olur, ənənələr itirilir, zəif  mədəniyyətlər kənarda qalır, bəzən də tamamilə yox olur.

 

Bütün bu faktların nəzərə alınması və onların əhəmiyyətinin dərk edilməsi 2001-ci ildə YUNESKO-nun “Mədəniyyətlərin müxtəlifliyinə dair” bəyannaməsinin qəbul olunmasını zəruri etdi.

 

 

21 may Beynəlxalq Çay Günüdür:

 

Bu günün məqsədi dayanıqlı çayçılıq fəaliyyətlərinin gəlirli bir fəaliyyət sahəsi kimi iqdisadiyyatın və gəlir mənbələrinin şaxələnməsində, həmçinin aclıq və yoxsulluqla mübarizədə əhəmiyyətini vurğulamaqdır.

İlk çay bayramı 2004-cü ildə Hindistanın Mumbay şəhərində qeyd olunub.

 

 

21 may 1904-cü ildə Fransanın paytaxtı Parisdə Beynəlxalq Futbol Federasiyaları Birliyi – UEFA (FİFA) təsis edildi.

 

 

21 may 1927-ci ildə ABŞ aviatoru Çarlz Lindberq “Sprit of St.Louis” təyyarəsiylə Nyu-Yorkdan Parisə uçaraq Atlantika okeanını keçən ilk pilot oldu.